Biləsuvar sakinlərinə XƏBƏRDARLIQ

10.07.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Biləsuvarın bəzi ərazilərinin elektrik təminatında fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, iyulun 11-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasının 10 kV-luq birinci bölməsində təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 11:00-dan 13:00-dək Aranlı, Bağbanlar, Çinarlı, Günəşli, İsmətli, Nəsimi, Zəhmətabad kəndləri, eləcə də şəhər ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью