Biləsuvar şəhərinə dolu düşüb

28.04.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Biləsuvar şəhərinin mərkəzinə dolu düşüb.

Yerli sakinlərin APA-nın cənub bürosuna verdiyi xəbərə görə, təbiət hadisəsi 10 dəqiqəyə yaxın davam edib. Daha sonra dolu yağışla əvəz olunub.

Təbiət hadisəsinin təsərrüfatlara mənfi təsiri barədə hələlik məlumat yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью