Biləsuvar sərhəd keçid məntəqəsində avtomobillərin hərəkəti bərpa olundu

22.11.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Biləsuvar dövlət sərhədindən buraxılış məntəqəsində yük avtomobillərinin keçidi ilə bağlı yaranan çətinliklər davam edir.
Bizim.Media xəbər verir ki, sürücülərin oxu.az-a verdiyi məlumata görə, son saatlarda yük avtomobillərinin sərhəddən keçidində müəyyən aktivləşmə müşahidə olunsa da, problem hələ də tam həllini tapmayıb.
 

Bildirilir ki, bir neçə gündür sərhəd-keçid məntəqəsində gözləyən yük avtomobillərinin hərəkəti əvvəlki günlərlə müqayisədə nisbətən sürətlənib. Buna baxmayaraq, sürücülər hələ də keçid zamanı çətinliklərlə üzləşir, uzun müddət gözləməli olurlar.


Mövcud vəziyyət yük maşını sürücülərinin narazılığına səbəb olub. Onlar yaranmış problemin tam aradan qaldırılmasını və sərhəd-keçid prosesinin normal rejimdə davam etməsini istəyirlər.
Qeyd edək ki, Biləsuvar sərhəd-keçid məntəqəsi Azərbaycanla İran arasında yük və sərnişin daşımalarında mühüm əhəmiyyətə malikdir.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью