Biləsuvarda 20 yaşlı gənci maşın vurdu

02.12.2024

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Biləsuvarda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb. 

Belə ki, minik avtomobili 2004-cü il təvəllüdlü Abbas Kazımovu vurub. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

Xəlil Əliyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью