Biləsuvarda 29 yaşlı kişi öldü

20.11.2024

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Biləsuvar rayonunda 29 yaşlı kişi dəm qazından dünyasını dəyişib.

News24.az xəbər verir ki, hadisə rayonun Ovçubərə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Rəşad Əlibala oğlu İbabəyli yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью