Biləsuvarda 57 yaşlı kişi faciəvi şəkildə öldü

06.03.2025

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Biləsuvar rayonunda ov tüfəngindən açılan atəş nəticəsində 57 yaşlı kişi ölüb.

Milli.Az-ın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Təzəkənd kəndində baş verib.

1968-ci il təvəllüdlü İqbal Bəhlul oğlu Bağırov yaşadıqları evin həyətində ov tüfəngi ilə açılan atəş nəticəsində xəsarət alıb.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının xəsarəti ağır olduğundan, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır. /APA
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью