Biləsuvarda 6 kəndin qazı kəsiləcək

26.08.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sabah Biləsuvar rayonunun 6 kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, qazın verilişinin dayandırılmasına səbəb təmir-quraşdırma işlərinin aparılmasıdır.

Belə ki, saat 10:00-dan etibarən işlər başa çatanadək Ağalıkənd, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Aşağı Cürəli kəndlərinin qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"ın məlumatına görə, işlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa olunacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью