Biləsuvarda 66 yaşlı sürücü sükan arxasında öldü KONKRET

28.07.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az “Azərtac”a istinadən  xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Niva” markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Əlizadə Əliyev idarəetməni itirib. Nəticədə avtomobil su kollektoruna düşüb.

Sürücünün sükan arxasında olarkən ürək tutması keçirərək vəfat etdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью