Biləsuvarda 800 evin qaz təchizatı dayandırılacaq

22.01.2026

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Biləsuvar şəhərinin bəzi hissələrində qaz təchizatında fasilə olacaq.

Oxu.Az-ın Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən məlumatına görə, buna səbəb T.İsmayılov küçəsindəki qaz tənzimləyicisinin yerinin dəyişdirilməsidir.

Görüləcək işlərlə bağlı S.Vurğun, B.Abbasov, A.M.Hüseyn, Ş.Qurbanov, Xəqani, Nizami və M.İbrahimov küçələrinin bir hissəsində, həmçinin "Təyyarə meydanı" adlanan yaşayış massivindəki abonentlər daxil olmaqla, ümumilikdə 800-ə yaxın evin qaz təchizatı 23.01.2026-cı il tarixdə saat 14:00-dan etibarən proses yekunlaşanadək dayandırılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью