Biləsuvarda ağır qəza Xəsarət alanlar var

15.12.2024

Manset saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az xəbər verir ki,  hadisə Biləsuvar-Bəhrəmtəpə magistralının Nəsimikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki nəqliyyat vasitələri toqquşub. Nəticədə onlardan biri idarəetməni itirərək aşıb.

Qəza nəticəsində Biləsuvar rayonun İsmətli kənd sakinləri Əfqan Qarayev və qardaşı Nadir Qarayev xəsarət alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью