Biləsuvarda arpa əkini başlayıb

05.11.2024

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Biləsuvar rayonunda arpa əkininə başlanılıb.

Gununsesi.info xəbər verir ki, rayon üzrə gələn ilin məhsulu üçün 32 min hektarda arpa və buğda əkilməsi nəzərdə tutulur.

İndiyə qədər 5 min hektar sahəyə arpa toxumu səpilib. Əkin işlərinə 204 şum traktoru, 86 toxumsəpən aqreqat, 87 mala və 116 kotan cəlb edilib.

Qeyd edək ki, cari əkin mövsümündə rayon ərazisində 34 574,1 hektar sahədə dənli bitkilər becərilib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью