Biləsuvarda avtobus “Kamaz”la toqquşub, xəsarət alanlar var

30.11.2024

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

- +

Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda qəzaya uğrayıb.

Hadisə köhnə Ələt-Astara magistralında, Biləsuvar rayon ərazisində baş verib.

Naxçıvandan Bakıya gedən avtobus betonqarşdıran “Kamaz”la toqquşub. Qəza nəticəsində yük maşınının çəni yaxındakı minik avtomobilinin üzərinə aşıb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью