Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı–Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində avtomobil qadını vurub.
Bizim.Media xəbər verir ki, 1990-cı il təvəllüdlü, Sabirabad rayon sakini Aynur Zəbiyeva avtomobilin vurması nəticəsində ağır xəsarət alıb.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və təcili əməliyyat blokuna yerləşdirilib.
Hazırda onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu