Biləsuvarda BƏDBƏXT HADİSƏ: Toya gəldi, bıçaqlandı...

12.10.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birində, toy mərasimi zamanı qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu kürək nahiyəsindən bıçaqlanıb. O, rayon xəstəxanasına çatdırılıb.

Əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ülvü Qurbanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью