Biləsuvarda dəhşət: Kənd sakini faciəli hadisədən danışdı

28.07.2026

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Biləsuvar rayonunun Aşağı Cürəli kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Məlumata görə, kənd sakini, 66 yaşlı Əlizadə Əliyev idarə etdiyi "Niva" markalı maşınla hərəkətdə olarkən halı qəfil pisləşib. O, idarəetməni itirib və avtomobil yol kənarındakı kanala aşıb. Əlizadə Əliyev hadisə yerində həyatını itirib.

Kənd sakinləri mərhumun zəhmətkeş insan olduğunu və zavodda çalışdığını bildiriblər.

"Şəkər xəstəsi idi. Yəqin ki, şəkəri düşüb, ürəyi tutub və avtomobil kanala düşüb", - deyə sakinlərdən biri qeyd edib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью