Biləsuvarda dörd uşaq atası özünü asıb

27.03.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Biləsuvarda intihar hadisəsi baş verib. Dörd uşaq atası özünü asıb.

Ölkə.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Xırmandalı kəndində baş verib.

Kənd sakini 1976-cı il təvəllüdlü Qabil Kazımov səhər saatlarında yaşadıqları evin həyətində olan yem anbarında özünü asaraq intihar edib.

Q. Kazımovun bu addımı atmasına səbəb səhhətində yaranan problemlərin olduğu deyilir.

Qardaşının sözlərinə görə, o, səhhəti ilə əlaqədar işləyə bimirdi. Son vaxtlar ailə ehtiyaclarına görə sıxılırdı: "Ünvanlı dövlət sosial yardımına müraciət etmişdi, müəyyən səbəbdən imtina verilmişdi".

Qeyd edək ki, Q. Kazımov 4 uşaq atası idi.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью