Biləsuvarda əmək yarmarkası keçiriləcək

03.03.2025

Report.az saytına istinadən Icma.az xəbər verir.

Martın 6-ı Biləsuvar rayonunda əmək yarmarkası keçiriləcək.

"Report"un Muğan bürosunun məlumatına görə, yarmarka Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə baş tutacaq.

Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью