Biləsuvarda əməliyyat: Vüqar Quluzadə saxlanılıb

08.07.2025

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


Biləsuvarda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Vüqar Quluzadə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Reyting.az-a bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib. Tədbir zamanı şübhəli bilinən Vüqar Quluzadə saxlanılıb. Onun idarəsində olan nəqliyyat vasitəsindən 2 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, V.Quluzadə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью