Biləsuvarda əsgərlikdən dönən gəncin meyiti tapılıb

19.04.2026

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Biləsuvar rayonunda kişi meyiti aşkarlanıb. Hadisə rayonun Səmədabad kəndində baş verib. Məlumata görə, kənd sakini, 2003-cü il təvəllüdlü Riyad Xəlil oğlu İbadovun meyiti yaşadığı evin həyətində yerləşən köməkçi tikilidə bu gün səhər saatlarında tapılıb.

Bildirilib ki, R. İbadov müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olub və təxminən iki ay əvvəl ordudan tərxis edilib. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью