Biləsuvarda əsgərlikdən yeni gələn oğlanı maşın vurdu

08.04.2025

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Biləsuvarda mikroavtobus piyadanı vurub.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Biləsuavar-Bəhrəmtəpə avtomol yolunda, Nəsimi kəndi ərazisində qeydə alınıb.

Biləsuvar rayonunun Bəydili kənd sakini Tofiq Əliyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobus kənd sakini 20 yaşlı Rəşad Əkbərovu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada sürücü tərəfindən xəstəxanaya çatdırılıb. O, reanimasiyaya yerləşdirilib.

Məlumata görə, R.Əkbərov bir neçə gün öncə hərbi xidmətdən geri dönüb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью