Biləsuvarda ev yandı

07.12.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Biləsuvar rayonunda yanğın olub. 

"Unikal" xəbər verir ki, hadisə rayonun Çinarlı kəndində Yusif Məmmədova məxsus fərdi yaşayış evində baş verib.

Hadisə yerinə Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. 

Yanğın nəticəsində ümumi sahəsi 135 kvadratmetr olan birmərtəbəli 4 otaqlı ev tamamilə, yaxınlıqda sahəsi 143 kvadratmetr olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 3 kvadratmetr sahədə və 1 ədəd pəncərə çərçivəsi yanıb. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью