Biləsuvarda IV Hind quşu Festivalı keçiriləcək

25.11.2024

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Biləsuvarda IV Hind quşu Festivalı keçiriləcək.

"Report"un Muğan bürosu xəbər verir ki, festival 30 noyabr 2024-cü il saat 10:00-dan başlayacaq.

Tədbir Biləsuvar şəhərindəki Mərkəzi Parkda baş tutacaq.

Artıq dördüncü ildir ki, keçirilən festivalın məqsədi milli mətbəximizin və adət-ənənələrimizin təbliğidir.

Festivalda Salyandan Cəngi qrupu, Masallıdan Nənələr qrupu, saz, şeir deyişmələri, Basqal Arxeoloji Qoruğdan nümayəndə heyəti, ümumilikdə müxtəlif sənətkarlıq nümunələri-dulusçuluq, həsirçilik, rəsm üzrə masterclasslar, maraqlı İlan şousu göstəriləcək. Əlavə olaraq müxtəlif idman oyunları – nərd yarışı, darts yarışı, tiratma, qol güləşi, şahmat vəs təşkil olunacaq.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью