Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Biləsuvarda ağır yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan minik avtomobili aşıb.
İlkin məlumata görə, iki nəfər ölüb, üç nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.