Biləsuvarda maşın körpüdən çaya aşdı: Şəhid atası yaralandı

10.08.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə Bəydili kəndində qeydə alınıb.

Belə ki, Əfsun Əhmədlinin idarə etdiyi "VAZ-21099" markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən çaya düşüb.

Qəza nəticəsində sürücü və sərnişin Qəhrəman Bağırov suda boğulmaq təhlükəsi ilə üzləşib. Onlar yaxınlıqda olan kənd sakinlərinin köməkliyi ilə sudan çıxarılıblar. Ə.Əhmədli və Q.Bağırov müxtəlif xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, Q. Bağırov Vətən müharibəsi şəhidi Hikmət Bağırlının atasıdır.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью