Biləsuvarda Mercedes aşdı, ölən var

20.10.2026

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb. 37 yaşlı Elvin Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin 30 yaşlı  Elnur Rüstəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəsarət alan sürücü İmişli rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью