Biləsuvarda minik avtomobili aşdı, yaralı var

04.10.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Arazbari kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəzada ağır bədən xəsarəti alan qadın sərnişin rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью