Biləsuvarda narkomaniyaya qarşı mübarizə mövzusunda şagirdlərlə görüş keçirilib

27.01.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 27 yanvar, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Biləsuvar rayonunun Bəydili kənd Rüfət Mikayılov adına tam orta məktəbdə “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş sağlam həyat tərzinin təşviq edilməsi, gənclərin zərərli vərdişlərdən uzaq tutulması və onların düzgün seçimlər etməsinə dəstək göstərilməsi məqsədi daşıyıb.

Görüşdə şagirdlərə narkotik maddələrin insanın fiziki və psixoloji sağlamlığına, eləcə də sosial həyatına vurduğu zərərlər barədə ətraflı məlumat verilib.

Narkotik asılılığının yaratdığı fəsadlar, zərərli vərdişlərin gənclərin gələcək həyatına mənfi təsirləri və bu risklərin qarşısının alınması yolları interaktiv müzakirələr və təqdimatlar vasitəsilə izah olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью