Biləsuvarda Netdən partladan düzəldən yeniyetmə zəhərlənib

01.01.2025

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Biləsuvarda yeniyetmə zəhərlənib. Rayonun Xırmandalı kənd sakini 15 yaşlı N.T zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səyləri sayəsində yeniyetmənin həyatı təhlükəsi aradan qalxıb.

Yeniyetmənin atası bildirib ki, övladı “Tik-tok” platformasında gördüyü üsuldan istifadə etməklə Yeni il gecəsinə özü üçün “səs çıxaran” qurğu düzəltmək istəyib. “Bu zaman bizdən xəbərsiz istifadə etdiyi “Net”in (təmizləyici vasitə) onu zəhərlədiyini bildik və təcili onu xəstəxanaya çatdırdıq”.

Fakt araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью