Biləsuvarda “Niva” “Mersedes”lə toqquşdu Ölən var Fotolar

11.10.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Biləsuvarda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan “Niva” markalı avtomobil yolun kənarında hərəkətsiz vəziyyətdə dayanan “Mersedes” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan “Niva” və “Mersedes” markalı avtomobillər daha iki nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində “Mersedes” markalı avtomobilin bir sərnişini dünyasını dəyişib.

Hadisə şahidlərinin sözlərinə görə, qəza “Niva” markalı avtomobilin sürücüsünün qəfildən idarəetməni itirməsi səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью