Biləsuvarda ov tüfəngindən açılan atəş nəticəsində 34 yaşlı kişi ÖLDÜ

19.11.2024

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Biləsuvarda silahla ehtiyatsızlıq ölümə səbəb olub.

APA-nın xəbərinə görə, hadisə Biləsuvar rayonunun Ağalıkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1990-cı il təvəllüdlü Mətləb Famil oğlu Nəhmədov yaşadıqları evdə ov tüfəngindən açılan atəş nəticəsində hadisə yerində ölüb.

İlkin ehtimala əsasən, onun ölümünə səbəb olaraq ov tüfəngi ilə ehtiyatsız davranması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью