Biləsuvarda pambıq yığımında son 40 ilin ən yüksək məhsuldarlığı qeydə alınıb

19.02.2025

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Biləsuvar rayonunda 2024-cü ildə 6 min 915,8 hektar sahədə pambıq məhsulu əkilib.

"Report"un Muğan bürosunun məlumatına görə, sahələrdən 24 min 776,98 ton pambıq məhsulu toplanıb.

Nəticədə rayon üzrə orta məhsuldarlıq 35,8 sentnerə çatıb. Bu məhsuldarlıq rayon üzrə son 40 ilin ən yüksək göstəricisidir.

Qeyd edək ki, 2023-cü ildə sahələrdən 18 min 538,98 ton məhsul əldə olunub və orta məhsuldarlıq hər hektara 27,5 sentner təşkil edib. Hazırda növbəti əkin üçün sahələrdə şum işləri aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью