Biləsuvarda pambıqla dolu traktor yandı

11.10.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Biləsuvarda yanğın hadisəsi baş verib. 

"Unikal" xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "Belorus" markalı traktorun qoşqusunda qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

Yanğın nəticəsində qoşquya yığılan 1,5 ton pambığın 30 kiloqramı yanıb. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью