Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Biləsuvar sakini boğularaq öldürülüb.
"Unikal" xəbər verir ki, hadisə rayonun İsmətli kəndində baş verib.
Belə ki, öz əcəli ilə öldüyü deyilən 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın boğularaq həyatına son qoyulduğu bilinib. Onun ölümündə gəlini və onun qardaşı şübhəli sayılır. Onlar polis tərəfindən saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma başlayıb.
Xəlil Əliyev