Biləsuvarda qaz təchizatında problem yarandı

26.03.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Biləsuvar şəhərinin bəzi ərazilərinin qaz təchizatında problem yaranıb.

Axar.az xəbər verir ki, bu barədə Report-a rayon sakinləri məlumat veriblər.

Belə ki, artıq 2 saatdır ki, bəzi abonentlərin evlərinə verilən qazın təzyiqi zəifləyib və ya kəsilib.

Məsələ ilə bağlı Lənkəran Regional Qaz İstismar İdarəsinin Biləsuvar xidmət sahəsindən bildirilib ki, yaranan problem şəhər ərazisində qaz tənzimləyici qurğuda yaranan tutulma ilə əlaqədardır. Hazırda problem aradan qaldırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью