Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ələt-Astara magistralının 186-cı kilometrliyində, Biləsuvar rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, əks istiqamətlərdə hərəkət edən "Ford" markalı yük avtomobili ilə "Opel" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsində olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin xüsusilə ağır olduğu bildirilir.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Xəlil Əliyev