Biləsuvarda qəzaya düşən avtobusun sürücüsü DANIŞDI VİDEO

30.11.2024

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Naxçıvandan Bakıya gələn sərnişin avtobusu köhnə Ələt-Astara magistralında, Biləsuvar rayon ərazisində "Kamaz"la toqquşaraq qəzaya uğrayıb.
Avtobusun sürücüsü, İran İslam Respublikasının vətəndaşı Əsgər Balazadə Bizim.Media-nın yerli bürosuna hadisə ilə bağlı danışıb.
O bildirib ki, avtobusda 48 nəfər olub:
“Naxçıvanda Bakıya gəlirdik. Yük maşını da digər tərəfdən yola çıxdı və gəlib qabağımıza keçdi, saxlamadı. Avtobusda 48 nəfər var idi, onlardan birinin qolu sınıb”.
Qeyd edək ki, Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən Rasim Bayramovun idarə etdiyi betonqarışdıran yük maşınına çırpılıb. Toqquşmadan sonra yük maşını yol kənarında hərəkətsiz vəziyyətdə dayanan "VAZ-2106" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində bir sərnişin qolundan xəsarət alıb və rayon xəstəxanasına çatdırılıb.
Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью