Biləsuvarda QİDA ZƏHƏRLƏNMƏSİ: 10 nəfər...

30.09.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Biləsuvar rayonunda qida zəhərlənməsi olub.

Bakıvaxti.az xəbər verir ki, hadisə rayonda keçirilən əsgər yolasalma mərasimində qeydə alınıb. Belə ki, mərasimdə iştirak edən Cəlilabad sakinləri qida zəhərlənməsinə məruz qalıblar.

Məlumata görə, mərasimdən sonra evlərinə qayıdan ailə üzvlərinin səhhətində narahatlıq yaranıb. Zəhərlənmə əlamətləri ilə 10 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların arasında uşaqların da olduğu bildirilir.

Hadisəyə mərasim zamanı yeyilən paytaxt salatının səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью