Biləsuvarda topdansatış anbarında saxta alkoqollu içkilər aşkarlanıb

24.04.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar rayonunun H.Əliyev prospektində fəaliyyət göstərən Nağıyev Samir Nizami oğluna məxsus topdansatış anbarında yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı iaşə obyektində 32 ədəd 0,5 litrlik və 18 ədəd 1 litrlik “Belaruska” əmtəə nişanlı, 140 ədəd 1,75 litrlik “Bio Luks” əmtəə nişanlı, 80 ədəd 0,5 litrlik “Belaya Rus” əmtəə nişanlı saxta alkoqollu içki aşkarlanıb.

Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, uyğunsuzluq aşkarlanmış məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью