Biləsuvarda tullantılar atılan ərazidə “Ahıllar bağı salınır

21.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Biləsuvarda Bolqar çayının Xırmandalı kəndindən keçən hissəsində uzun illərdən bəri tullantıların atıldığı ərazi təmizlənib və yerində "Ahıllar bağı"nın salınmasına başlanılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, bu gün ərazidə 100-ə yaxın Xan çinarı və Eldar şamı ağacları əkilib.

Ağaclar suvarıldıqdan sonra bağın salındığı ərazi hasara alınıb.

Əhalinin istirahəti üçün salınan “Ahıllar bağı"nın lazımi şəraitlə təmin olunması üçün digər zəruri işlər də davam etdiriləcək.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью