Biləsuvarda yararsız vəziyyətdə olan məktəb təmir olunur

17.05.2025

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Biləsuvar rayonu, Ağayrı kənd V. Rüstəmov adına tam orta məktəbinin binasında təmir işləri aparılır.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hazırda məktəbin dam örtüyü dəyişdirilir.

Həmçinin məktəb binasının pəncərələri və elektrik xətləri yenilənir.

Qeyd edək ki, məktəb binası əvvəllər yararsız vəziyyətdə olub.

Sözügedən məktəb Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью