Biləsuvarda yem bitkilərinin məhsuldarlığı azalıb

06.12.2024

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Biləsuvar rayonunda yem bitkilərinin yığımı yekunlaşıb.

Bu barədə "Report"un Muğan bürosuna Biləsuvar Rayon Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, cari ildə 7 593,6 hektar sahədə yem bitkiləri becərilib. Sahələrdən 79 451 ton məhsul əldə olunub. Ötən il isə əkin sahələrdən 80 458 ton məhsul toplanıb.

Məlumata görə, ötən il rayon ərazisində 7 467,67 hektar sahədə yem bitkiləri becərilib.

Bu il əkin sahələri artırılsa da, yem bitkilərinin məhsuldarlığında azalma müşahidə olunub. Fermerlər bunun başlıca səbəbini əsas yem bitkisi hesab olunan yoncanın birinci və ikinci biçini vaxtı hava şəraitinin qeyri-sabit keçməsi ilə əlaqələndirib. Onların sözlərinə görə, həmin biçinlər zamanı aramsız yağışlar məhsulun məhvinə səbəb olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью