Biləsuvarda yol nəqliyyat hadisəsi baş verib

16.10.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Biləsuvar, 16 oktyabr, İlkin Adıyev, AZƏRTAC

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində baş verib.

İlkin məlumata əsasən, minik avtomobili ilə yük maşını toqquşub. Qəza nəticəsində xəsarət alan 3 nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью