Biləsuvarda yol qəzasında 3 nəfər xəsarət aldı KONKRET

24.06.2025

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Biləsuvarda minik avtomobili traktorla toqquşub.

KONKRET.az xəbər verir ki, qəza Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda, Biləsuvarın Səmədabad kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai Elantra” markalı minik avtomobili traktora çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan 3 nəfər – sürücü və iki sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью