Biləsuvarda yük maşını hasara ÇIRPILDI

10.01.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Biləsuvar rayonunda yol qəzası baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə Biləsuvar şəhərində qeydə alınıb. 

Belə ki, şəhər mərkəzindəki məktəb qarşısında şagirdlər piyada keçidindən keçərkən hərəkətdə olan yük avtomobilinin əyləc  sistemində qəfil nasazlıq yaranıb. 

İdarəetməni itirən sürücü şagirdləri vurmamaq üçün maşını kənara qaçıraraq yaxınlıqdakı kafenin hasarına çırpıb. 

Qəzada xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью