Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Biləsuvar rayonunun 6 yaşayış məntəqəsində qaz kəsiləcək.
"Report"un Muğan bürosunun məlumatına görə, buna səbəb "Xırmandalı" Qazpaylayıcı Stansiyasında orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsidir.
Nəticədə iyunun 20-də saat 10:00-dan etibarən, işlər başa çatana qədər Biləsuvar şəhərində və rayonun 5 kəndi olmaqla, ümumilikdə 2 min 150 abonentin təbii qaz təchizatı müvəqqəti dayandırılacaq.