Biləsuvarın bəzi əraziləri qaranlığa qərq oldu: 3 saatdan çoxdur işıq yanmır

10.04.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Biləsuvar şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Report"a rayon sakinləri məlumat veriblər.

Sakinlərin bildirdiyinə görə, küləklə müşahidə olunan leysan yağışına görə elektrik enerjisinin verilməsində fasilə yarandığı bildirilir. Artıq 3 saatdan çoxdur ki, Biləsuvar şəhərinin bəzi əraziləri işıqsızdır.

Qeyd edək ki, hazırda rayon ərazisində sakit hava şəraiti müşahidə olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью