Bilet qiymətləri müzakirələrə səbəb oldu

24.11.2025

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Məşhur komediya ustası və şoumen Cem Yılmazın yeni “CMXXIV” adlı “stand-up” proqramının bilet qiymətləri ölkə gündəminin əsas mövzularından birinə çevrilib.

“Qafqazinfo” yerli KİV-ə istinadən xəbər verir ki, satışa çıxarılan biletlərin qiyməti 850–10.000 TL (35-402 AZN) aralığında dəyişir.

Qiymətlər sosial şəbəkələrdə də geniş müzakirə yaradıb.

İstifadəçilər ucuz biletləri almağın mümkün olmadığını qeyd edib. Bəzi kateqoriyalarda qiymətlərin 4.400 TL-dən (təxmini 176 AZN) başladığı deyilir.

Amma məsələ bununla bitmir. İddialara görə, biletlər 49.850 TL-yə (2 min AZN) qədər satışa çıxarılır.

Cem Yılmazın Avropa turnesi çərçivəsində satılan biletləri də diqqət çəkib.

Burada qiymətlər 67,50 – 207,50 avro (132-406 AZN) arasında dəyişir və bu da sosial şəbəkələrdə “Türkiyədə bahadır, Avropada da ucuz deyil” kimi şərhlərlə hədəfə alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью