Bilet satışı başladı

27.01.2025

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Formula-1” üzrə Azərbaycan Qran-prisinə bilet satışı başlanıb.

Bakı Şəhər Halqasından verilən məlumata görə, azarkeşlər biletləri www.azerbaijangp.com veb-səhifəsindən əldə edə bilər. Həmçinin “Baku City Circuit” mobil tətbiqi üzərindən 20 faiz güzəştlə bilet almaq mümkündü. Bu fürsət yalnız fevralın 5-dək davam edəcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti azarkeşlərə 4 günlük biletlər təqdim edir. Hər il olduğu kimi, 3 günlük tribuna biletləri ilə yanaşı, bilet sahibləri pit zolağı gəzmək imkanı əldə edərək, komandaları, pilotları və onların qarajlarını yaxından izləmək təcrübəsi qazanırlar. Ötən il pit zolaq gəzintisində iştirakçı sayı rekord həddə olub. Yarış həftəsi ərzində keçiriləcək əyləncə proqramları ilə bağlı məlumatlar müntəzəm azarkeşlərə təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycan mərhələsi sentyabrın 19-21-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью