Bilgəh çimərliyində vəhşilik

27.07.2026

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Sosial şəbəkələrdə heyvana şiddət göstərən şəxsin görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, video Bilgəh çimərliyində "Daçnik" adlı ərazidə qeydə alınıb.

Kadrlarda ictimai çimərlikdə kişinin dayçaya daş atdığı anlar əks olunub.

Qeyd edilib ki, ətrafdakı şəxslər ona heyvanı vurmasın deyə bir neçə dəfə xəbərdarlıq edib.

Lakin o buna məhəl qoymayaraq, heyvana şiddət göstərməyə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью