Bilgəhdə batanlar tələbə imiş Video

21.09.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 2 nəfər dənizdə nəzarətsiz ərazidə batıb.

“Qafqazinfo”nun Xəzər TV-yə istinadən məlumatına görə, həmin gün 3 qrup yoldaşı çimərliyə gedib.

Onlardan ikisi - Elmin Əmrəliyev və Əlipaşa Əlizadə dənizə daxil olduqdan sonra gözdən itib. Onların batdığını görən dostu isə aidiyyəti üzrə məlumat verib.

Batan şəxslərdən birinin Bərdədən olduğu bilidirilir. 

Yaxınlarının sözlərinə görə onlar bir həftə olar ki, yataqxanada birlikdə qalırmışlar: “Digər uşaq üzə bilmədiyi üçün kənarda qalıb”.

Daha ətraflı videomaterialda:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью